Türkiyə Böyük Millət Məclisində (TBMM) yenidən gərgin müzakirələr deputatlar arasında davaya səbəb olub.
Gununsesi.info xəbər verir ki, Kürdyönümlü Xalqların Demoktratik Partiyasının Siirtdən olan millət vəkili Kadri Yıldırım hərbçilərin Cizrədə antiterror əməliyyatlarındakı davranışlarını sual altına alıb.
O, hərbçilərin vətəndaşların divarlarına təhqiramiz ifadələr yazmasını pisləyib. Yıldırımın bu çıxışı həm hakim Ədalət İnkişaf Partiyasından, həm də Cumhuriyyət Xalq Partiyasından olan millət vəkillərinin narazılığına səbəb olub.
AKP-li Bülent Turan ramazan ayında bu cür çıxışların deputata yaraşmadığını bildirib. Daha sonra isə digər AKP millət vəkili Osman Aşkın Bakla HDP-li Alican Önlü arasında mübahisə düşüb, deputatlar bir-birlərini şərəfsiz adlandırıblar.
Təhqir olunan Osman Aşkının HDP sıralarına hücum etməsindən sonra millət vəkilləri yumruqlarını işə salıblar, dava düşüb. CHP-li millət vəkillərinin araya girməsi ilə gərginlik səngiyib.
Bundan əvvəl də Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında dava düşüb. Parlamentdə müzakirələr zamanı PKK-nın siyasi qanadı olaraq tanınan HDP komissiyanın işini boykot edib.
HDP-li deputatlar zaldan çıxan zaman kürd marşı oxuyublar. Baş nazirin müavini Yalçın Akdoğanın çıxışı zamanı isə HDP-çilərlə AKP-dən olan millət vəkilləri arasında əlbəyaxa dava düşüb. Davada HDP-nin erməni deputatı Karo Paylyan da iştirak edib. (Anspress)