Doğma neftçi, bu gün sənin günündür! - VİDEO

  • By admin
  • 20 Sentyabr 2020 14:20

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü tamam olur.

Gununsesi.info xəbər verir ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər günü kimi qeyd olunur.

SOCAR neftçilərin peşə bayramı münasibətilə qısa videoçarxı hazırlayıb.

“Əziz neftçi, sən şərəfli bir peşənin sahibisən. Sən həmkarlarınla çiyin-çiyinə çalışan sadiq dostsan, zəhmətlə ucalan fədakarsan, məğrur Vətən övladısan, Xəzəri ram edən qəhrəmansan.

Doğma neftçi, bu gün sənin günündür. 20 sentyabr peşə bayramın mübarək”, – deyə videoçarxda bildirilir.

Gununsesi.info