Dollar 2 manata qalxır - MANATIMIZ YENƏ ÖLÜR

  • By admin
  • 29 İyun 2016 08:50

dollar

 

Banklarda kütləvi dollar satışı gedir…

Mərkəzi Bank rəhbərliyinin və hökumətin vədlərinə baxmayaraq, dollar bahalaşmaqda davam edir.  Belə ki , son bir ayda dollar manatla müqayisədə ardıcıl olaraq bahalaşıb.  Əgər mayın 26-da dolların rəsmi məzənnəsi 1,49 manata bərabər idisə, iyunun 24-də bu, 1,5332 manata bərabər olub. Son günlər isə dolların qiyməti yenidən bahalaşıb.

Beləliklə, keçən bir ay müddətində dollar manat qarşısında 2,9%-ə qədər bahalaşıb. Bu məsələnin diqqəti ən çox çəkən tərəfi dolların ardıcıl olaraq bahalaşmasıdır.

Gununsesi.info-nun əməkdaşı paytaxt banklarındakı valyutadəyişmə məntəqələrinə də baş çəkib. Ötən müddət ərzində yaşanan sükun da artıq geridə qaldığı müşahidə olunur. Belə ki, dolların bahalaşması ehtimalına inanan vətəndaşlar yenidən dollar almağa başlayıb. Bu isə dolların yaxın zamanlarda 2 manata qalxacağına dair ekspert rəylərinin doğrulmasını göstərir.

Gununsesi.info