
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,7301 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın 9-na USD/AZN rəsmi məzənnəsi 1,8252 səviyyəsində müəyyən olunub.
Gununsesi.info











