Dollar sabit qaldı, rubl isə ucuzlaşdı - MƏZƏNNƏ

  • By admin
  • 23 Yanvar 2017 09:10

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 19-u ilə müqayisədə dəyişməyərək 1,8311 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,9% möhkəmlənərək 1,9659 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,32% zəifləyərək 0,0307 manat səviyyəsində qərarlaşıb.
Türkiyə lirəsinin məzənnəsi 1,25% möhkəmlənərək 0,4871 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2728 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1,1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,22% zəifləyərək 0,6879 manat olub.

Gununsesi.info