Dollarla bağlı mühüm – Qərar

  • By admin
  • 26 İyul 2017 23:20

valyuta dollar
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasın yekunlarına əsasən, FES baza uçot dərəcəsini illik 1-1,25 faiz səviyyəsində sabit saxlayıb.

Xatırladaq ki, FES 2017-ci ildə uçot dərəcəsini iki dəfə – martda illik 0,75 faizədək, iyunda isə 1,25 faizədək artırmışdı.

Federal Ehtiyatlar Sistemi rəsmilərinin açıqlamasında bildirilir ki, 4,5 trilyon dollara qədər artan maliyyə balansının azaldılmasına yaxın vaxtlarda başlanılacaq.

Gununsesi.info