Donald Tramp Ağ Evə daxil olub

  • Müəllif: admin
  • 20 Yanvar 2017 19:56

obama-tramp3

 

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

Gununsesi.info-nun xəbərinə görə, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.

Prezidentliyinin sonuncu günü B.Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam” yazıb.

Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

 

Gununsesi.info