TBMM-də “saçyoldu” - PAVEYLƏ NAZLIAKA XƏSTƏXANALIQ OLDU

  • By admin
  • 20 Yanvar 2017 20:04

safe_image

Türkiyə Böyük Millət Məclisində (MM) Konstitusiya dəyişikliklərini nəzərdə tunan qanun layihəsinin müzakirəsi-səsverməsi (ikinci tur) yenə qalmaqlla nəticələnib.

Gununsesi.info-nun məlumatına görə, bu dəfə qalmaql iştirakçıları əsasən xanım millət vəkilləri olub.

Belə ki, ötən ilin mayında CHP-dən xaric edilən Aylin Nazliaka əlini TBMM kürsüsünə (tribunasına) qandallayıb və bu yolla Konstitusiya dəyişikliklərinə öz etirazını sərgiləyib.

Bu isə TBMM-də gərgin anlar yaşadıb.

AKP-li xanım millət vəkilləri onu bu fikrindən daşındırmağa çalışarkən də, tərəflər arasında gərginlik yaranıb və gərginlik sonda qalmaqala, “saçyoldu”suna çevrilib.

Bu zaman Nazlıakaya köməyə gələn CHP-li  əlil millət vəkili Şəfəq Pavey fiziki təzyiqlərə, hücuma məruz qalıb.

Onun protezləri yararsız, tanınmaz hala salınıb, özü isə xətəxanaya yerləşdirilib.

Eyni zamanda, Nazlıaka da xəstəxanalıq olub.

pavey

Kamil HƏMZƏOĞLU

Gununsesi.info