Donald Tramp müsəlmanları ABŞ-a buraxmamağa çağırıb

  • By admin
  • 13 İyun 2016 08:46

Donald Trump

ABŞ prezidentliyinə namizəd Donald Tram müsəlmanları ölkəyə buraxmamağa çağırıb.
Gununsesi.info xəbər verir ki, D. Tramp bu barədə özünün “Tvitter” səhifəsində yazıb.
“Orlandoda baş verənlər yekun deyil, başlanğıcdır. Ölkə rəhbərliyimiz zəif və səriştəsizdir. Mən bundan əvvəl də qadağaya dair bəyanatlar vermişdim. Biz hər zaman belə hadisələrə hazır və sərt olmalıyıq”, D. Tramp yazıb.
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.