
Nüfuzlu CNN telekanalı ABŞ prezidenti Donald Trampın Vatikana səfəri çərçivəsində Roma Papası Fransisk ilə görüşündən maraqlı video paylaşıb.
Gununsesi.info cnn-ə istinadən xəbər verir ki, görüntüdə Tramp Roma Papası Fransiskə qəribə zarafat edib.
Belə ki, baxış rekordu qıran bu görüntülərdə operator maraqlı məqamları tutub. CNN Live-da yayımlanan videonun maraq və gülüş doğurduğunu nəzərə alıb onu təqdim edirik.
Qeyd edək ki, Papa ilə görüşən Tramp katoliklərin ruhani lideri ilə söhbət etməyi özü üçün “böyük şərəf” adlandırıb. Görüş 30 dəqiqədən artıq davam edib.
Xatırladaq ki, Roma Papası Amerikadakı seçki kampaniyası zamanı Trampı bir neçə dəfə tənqid edib. Trampın Meksika ilə sərhəddə divar hörmək vədini tənqid edən Papa Fransisk “körpülər tikmək əvəzinə divarlar tikmək xristianlığa yaraşmır” demişdi.
Gununsesi.info












