
AXCP sədrinin müavini Gözəl Bayramlı dünən axşam saatlarında Gürcüstandan Azərbaycana qayıdarkən saxlanılıb.
Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
O bildirib ki, Dövlət Sərhəd Xidmətindən G.Bayramlının Bakıya gətirildiyi deyilib: “Mənə dedilər ki, saat 3-dən sonra Bakıya çatacaqlar. Gözlənilir ki, bu gün Gözəl Bayramlı haqda həbs-qətimkan tədbiri seçilməsi üçün Səbail rayon Məhkəməsinə çıxarılacaq”.
10:36
***
Vəkil Elçin Sadıqov özünün facebook səhifəsində dünən axşam saatlarında Azərbaycan-Gürcüstan sərhədində saxlanılan AXCP sədrinin müavini Gözəl Bayramlı ilə bağlı açıqlama verib.
Gununsesi.info bildirir ki, vəkil AXCP rəsmisinin Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlandığını yazıb.
O, bildirib ki, xanım siyasətçiyə cinayət işi açılıb və iş Dövlət Sərhəd Xidmətinin icraatındadır.
Gununsesi.info












