Donald Tramp siyasi partiya yaradır? – ÖZÜ AÇIQLADI

  • By admin
  • 25 Yanvar 2021 12:09

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni siyasi partiya yaratmaq niyyətində deyil.

Gununsesi.org xəbər verir ki, bu barədə yerli vaxtla yanvarın 24-də “Fox News” telekanalına açıqlamasında Trampın müşaviri Ceyson Miller danışıb.

“Trampın məqsədi 2022-ci ildə respublikaçıların Nümayəndələr Palatasına və Senata qayıtmasını təmin etməkdən ibarətdir”, – deyə Miller bildirib.

Onun sözlərinə görə, keçmiş prezident bundan savayı heç nə planlaşdırmır.

Bir müddət əvvəl “Vol Strit Jurnal” nəşri Trampın “Patriot Partiyası” adlı yeni siyasi partiya yaradacağı ilə bağlı məqalə dərc etmişdi.

Gununsesi.org