Donald Trampın Angela Merkellə görüşünə jurnalistlər buraxılmayıb

  • By admin
  • 05 İyun 2019 23:19

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkellə görüşüb.

Bu barədə Gununsesi.org “Reuters”ə istinadən xəbər verir.

Bildirilir ki, görüş Portsmut şəhərində baş tutub. Liderlər müttəfiq qoşunların Normandiya sahillərinə çıxarılmasının (1944-cü ilin 5 iyunu -red) 75 illiyinə həsr edilmiş tədbirdən sonra görüşüblər.

Məlumata görə, jurnalistlər Trampla Merkelin görüşünə buraxılmayıb. Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton da iştirak edib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ölkədəki nüfuzunun aşağı düşməsinin səbəblərini açıqlayıb.