Donald Trampın Ukrayna ilə bağlı əsl niyyəti açıqlanıb

  • By admin
  • 29 Sentyabr 2019 14:18

ABŞ prezidenti Donald Tramp Ukraynanın 2016-cı il prezident seçkilərinə müdaxilə etməsinə dair sübutlar tapmaq üçün üçün öz şəxsi vəkili Rudi Culianini Kiyevə göndərib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti əldə etdiyi sənədlərə əsasən məlumat yayıb.

Qəzeitn məlumatına görə, Donald Tramp “sui-qəsd nəzəriyyələrinə o dərəcədə aludə olub ki, hətta keçmiş rəqibi Hillari Klintonun elektron yazışmalarının Ukraynada saxlanıldığına inanır. O, bu ilin iyun ayında prezident Vladimir Zelenski ilə söhbətində həmin məsələyə işarə vurub  və Ukrayna tərəfini ABŞ-ın baş prokuroru Uilyam Barrla əməkdaşlıq etməyə çağırıb.

Bundan başqa Ağ Evin sahibinin Ukraynada ABŞ-ın Demokrat partiyası ilə bağlantıları olan bəzi güclərin onun seçki qərargahının keçmiş rəhbəri Pol Manafort barəsində kompromat materiallar yaydığına inandığı qeyd olunub.

NYT Donald Tramp və Rudolf Culianinin Kiyevlə bağlı ABŞ-ın ümumi rəsmi kursuna zidd olan “kölgə siyasəti” yürütdüyünü yazıb.

Həmçinin qəzetin materialında keçmiş prezident Pyotr Poroşenkonun yaxın ətrafının ölkədə prezident seçkilərinə az bir müddət qalmış respublikaçı administrasiya ilə bu mövzuda hərtərəfli əməkdaşlıq etməyə hazır olduğu, Rudolf Culianinin buna görə bütün hazırlıqlarını gördüyü bildirilir. Yəni Vladimir Zelenskinin seçilməsi bütün bu planları pozub.

Xatırladaq ki, hazırda Donald Trampın məlum telefon söhbətində ukraynalı həmkarına təzyiq göstərməsi ilə bağlı ABŞ-da böyük qalmaqal qopub və hətta prezidentə qarşı Nümayəndələr palatasında impiçment proseduru üçün  hazırlıqlara başlanılıb.

 

 

 

Gununsesi.org