Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir.
Axar.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.
Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Donald Tusk deyib: “Bizim əlaqələrimiz enerji və ticarət hüdudlarını aşır. Biz əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq və yeni ikitərəfli saziş vasitəsilə əlaqələrin tam potensialını inkişaf etdirmək istəyirik. Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı-Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram. Bizim paylaşdığımız yeni qlobal siyasi və iqtisadi maraqları, birlikdə mübarizə aparmaq istədiyimiz çağırışları nəzərə alaraq, bu yeni razılaşma əlaqələrimizin miqyasını genişləndirəcək”.
Gununsesi.info