Ukraynanın Luqansk vilayətində ATƏT-ə məxsus avtomobil partladılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə separatçı Luqansk Xalq Respublikasından məlumat verilib.
“ATƏT-in müşahidəçilərinin içində olduğu avtomobil naməlum şəxslər tərəfindən basdırılmış minaya düşüb. Partlayış nəticəsində 1 ATƏT müşahidəçisi yaralanıb, digəri isə həlak olub”, – məlumatda bildirilib.
Separatçılar minanın Ukrayna hərbçiləri tərəfindən təxribat məqsədilə basdırıldığını iddia edib.
Ukrayna hökuməti və ATƏT məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Gununsesi.info