Super Liqada gözlənilməz istefa

  • By admin
  • 23 Aprel 2017 17:34

sergen-y-300x199

 

Türkiyə Super Liqasında gözlənilməz baş məşqçi istefası baş verib.

Apasport.az saytının məlumatına görə, “Kayserspor”un çalışdırıcısı Sergen Yalçın tutduğu vəzifədən ayrılıb.

Buna səbəb komandanın uğursuz nəticələridir. Belə ki, son 6 oyunda qalibiyyət üzünə həsrət qalan “sarı-qırmızılar” ardıcıl 4 oyundur ki, məğlub olur. Super Liqanın son turundakı “Gənclərbirliyi” məğlubiyyəti (1:4) isə son hədd olub.

Qeyd edək ki, “Kayserispor” 28 oyundan sonra 27 xalla 15-ci pillədə qərarlaşıb.

Gununsesi.info