Azərbaycanda iki telekanalın yayımı dayandırıldı

  • By admin
  • 23 Aprel 2017 17:44

4efedab15b14a2ae9d6be6ae8e3c5253

 

Rusiyanın məşhur TNT və TNT4 kanallarının yayımı Azərbaycanda məhdudlaşdırılıb. Lent.az baku.ws-ə istinadən xəbər verir ki, hər iki kanal 25 aprel tarixinə qədər KATV kabel televiziyasının yayımından çıxarılıb. Sözügedən kanalların yerinə türk kanalları daxil edilib. KATV-nin müştəri xidmətlərindən sayta bildirilib ki, kanalların yayımının dayandırılıması 24 aprel ermənilərin qondarma soyqırım günü ilə əlaqədardır. Belə ki, sözügedən kanallarda “soyqırım” ilə bağlı verilişlərin yayımlanması və təbliğatı səbəbi ilə KATV həmin kanalların 25 aprel tarixinə qədər yayımını məhdudlaşdırıb.

 

Gununsesi.info