Lənkəranda sürücü sükan arxasında ölüb

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 12:49

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.

Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi “VAZ 2107” markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info