UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” oyunçuları mükafatlandırılacaq.
Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, bu, Ağdam təmsilçisinin prezidenti Tahir Gözelin vədidir.
O, futbolçulara qrupa düşəcəkləri halda 1 milyon manat mükafat ayıracağını bildirib.
“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” komandası ilə qarşılaşacaq.











