Baş prokuror Kamran Əliyev hərbi cinayətlərə görə mühakimə olunmuş Ermənistan vətəndaşlarının işində göstərilən köməyə görə prokurorlara və hakimlərə təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, Kamran Əliyev Prokurorluq işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.
Baş prokuror belə xüsusilə ağır cinayət işində dəstək göstərən istintaqçılara, dövlət ittihamçılarına, məhkəmə hakimlərinə, eləcə də bu işlərlə bağlı sübutlar toplamış veteran prokurorlara ayrı-ayrılıqda minnətdarlığını çatdırıb.
K.Əliyevin sözlərinə görə, bu, tarixi bir iş olub, belə işin hüquqi qələbə ilə başa çatması da tarixi hadisədir: “Təbii ki, bu məhkəmə proseslərinin baş tutması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu tədbirlərin nəticəsidir”. (Qafqazinfo.az)












