Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb

  • Müəllif: Şəbnəm
  • 28 Sentyabr 2026 15:28

Rusiyalı milyarderlərin bir il ərzində əldə etdikləri dividend gəlirləri açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, “Forbes”in hazırladığı reytinqə “Lukoyl”un ən böyük səhmdarı, Azərbaycan əsilli 76 yaşlı iş adamı Vahid Ələkbərov başçılıq edib. Onun dividend gəliri 106,2 milyard rubl (1,25 milyard dollar) qiymətləndirilib.

İkinci yerdə “Novatek” və “Sibur”da pay sahibi olan Leonid Mixelson 87,1 milyard rublla qərarlaşıb. Üçüncü yeri Gennadi Timçenko 75,1 milyard rublla tutub.

İlk 10-luqda yer alan biznesmenlərin dividend gəlirləri:

Vahid Ələkbərov – 106,2 milyard rubl

Leonid Mixelson – 87,1 milyard rubl

Gennadi Timçenko – 75,1 milyard rubl

İqor Kesayev – 40,5 milyard rubl

Vladimir Lisin – 38,7 milyard rubl

Vladimir Potanin – 36,5 milyard rubl

Andrey Melnichenko – 34,8 milyard rubl

Aleksandr Abramov – 33,7 milyard rubl

Mixail Fridman – 31,9 milyard rubl

Filaret Qalçev – 30,8 milyard rubl

Ümumilikdə, “Forbes” reytinqinə daxil olan 75 nəfər 1,194 trilyon rubl dividend əldə edib. Ötən il 50 biznesmenin ümumi dividend gəliri 1,769 trilyon rubl olmuşdu.

“Rosstat”ın məlumatına görə, Rusiyada şirkətlərin mənfəəti 2025-ci ildə 3,9% azalaraq 27,1 trilyon rubla düşüb.