Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, Sərəncamla Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.
O, 2025-ci ilin iyulundan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsini tutur.
Daha əvvəl isə Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.












