“Qarabağ”ın oyununa bilet satışı başladı

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 23:14

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Tvente” (Niderland) oyununun biletləri satışa çıxarılıb.

Bu barədə Gununsesi.info -ya Azərbaycan təmsilçisindən məlumat verilib.

Standart biletlərin qiymətləri 5, 10, 15 və 20 manatdır.

VİP sektorlarda 50, 75 və 100, VVİP sektorda 150 manatlıq biletlər mövcuddur.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, oyun avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasındakı ilk matç avqustun 20-də baş tutacaq.

Gununsesi.info