Donbassda Rusiyanın kəşfiyyat qrupları məhv edildi

  • By admin
  • 08 Avqust 2022 09:49

“Düşmən heç bir canlı qüvvəsini əsirgəmədən kəşfiyyatı davam etdirir. Artıq Baxmutskoye, Baxmut və Yakovlevka yaşayış məntəqələri ərazilərində düşmənin bir neçə kəşfiyyat qrupları aşkar edilərək zərərsizləşdirilib”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat qruplarının aşkar edilməsi Rusiya ordusunun  Baxmuta girmək istədiyini göstərir. Ancaq Ukrayna Silahlı Qüvvələri tərəfindən düşmənə intensiv zərbələr endirilir. Hazırda bölgədə vəziyyət nəzarət altındadır.

Məlumatda, həmçinin qeyd olunub ki, cavab zərbələrinə baxmayaraq, Rusiyanın davamlı hücumları Donbassda, xüsusilə Baxmut şəhərində vəziyyəti pisləşdirir.

Gununsesi.info