Doqquz aylıq uşağın bədənindən 10 iynə tapılıb - ŞOK HADİSƏ

  • Müəllif: admin
  • 05 İyul 2018 10:48

Tacikistan Milli Tibb Mərkəzinin həkimləri doqquz aylıq uşağın bədənindən 10 iynə tapıb, cərrahi müdaxilə nəticəsində hələlik iynələrin altısı çıxarılıb.
Həkimlər bildiriblər ki, iynələr uşağın bədəninin hər yerində – başında, döş qəfəsində, qarın nahiyəsində, boğazında, ayaqlarında və digər orqanlarında aşkar edilib. Onlar təsdiq edir ki, 9 aylıq uşaq bu qədər iynə uda bilməz. Həkimlər onu da deyiblər ki, iynələr azı üç aydır ki, uşağın bədənindədir.
Qeyd olunub ki, hələ ki, dörd iynə uşağın bədənindədir, ikinci əməliyyatda qalan iynələr də çıxarılacaq.
Gununsesi.info