Sərhəddə iki nəfərin daxili orqanında narkotik aşkarlandı

  • By admin
  • 05 İyul 2018 10:57
Картинки по запросу Dövlət Gömrük Komitəsi

 

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan piyada yolla birlikdə gələn 2 Azərbaycan vətəndaşı saxlanılıb.

DGK-dan verilən məlumata görə, idarənin sərnişin şöbəsində hər iki vətəndaşın üzərində şəxsi yoxlama zamanı onların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Həmin şəxslər gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb və tibbi müayinədən keçirilib.

Nəticədə, saxlanılan vətəndaşlardan birinin düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 112,165 qram olan heroin, digərinin düz bağırsağında isə iki ədəd bağlamada, xalis çəkisi 109,380 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.