“Dorian”ın qurbanlarının sayı artdı

  • By admin
  • 04 Sentyabr 2019 12:47

Baham adalarında hökm sürən “Dorian” qasırğası səbəbindən ölənlərin sayı artıb.

Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qasırğa 7 nəfərin həyatına son qoyub. Bu barədə Baham adalarının Baş Naziri Qubert Minnis Milli Fövqəladə İdarəetmə Agentliyinin qərargahında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən gün Nyu Providens adasındakı xəstəxanaların birinə ağır yaralı olaraq yerləşdirilən daha iki nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 7 nəfərə çatıb.

Baş Nazir bildirib ki, çox güman ki, bunlar son rəqəmlər deyil.

Minnis ən azı 25 nəfərin xəsarət aldığını da sözlərinə əlavə edib.

O, həmçinin qeyd edib ki, “Dorian” Abako və Böyük Baham kimi iki böyük adaya ciddi ziyan vurub.

Qeyd edək ki, qasırğaya görə Corciya, Cənubi Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.

Gununsesi.org