Dövlət çevrilişində “əli” olan siyasilər də hədəf taxtasında

  • By admin
  • 28 İyul 2016 13:09

c-003

 

“Dövlət çevrilişində siyasilərin və ictimai birliklərin də mütləq dəstəyi və əli olub. Onların da məsələsinə yaxın günlərdə baxılacaq”.

Gununsesi.info “milliyet”ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə  baş nazirinin müavini Nurəddin Canikli deyib.Onun sözlərinə görə,  yaxın günlərdə onlar da ortaya çıxacaq: “Heç  bir şey gizli qalmayacaq. Bu cür təşəbbüslər zamanı mütləq siyasilərin və siyasi qüvvələrin də dəstəyi olduğunu bilirik. Keçmişdəki çevrilişlərə nəzər saldıqda bunları görürük. Burada medianın, vətəndaş cəmiyyəti institutlarının, siyasi qüvvələrin dəstəyinin olduğunun şahidi olmuşuq. Bu dəfəki dövlət çevrilişi zamanı onların mütləq iştirakı olub. Bunun artıq işartları var”. Baş nazir müavini onu da əlavə edib ki, hazırda bununla bağlı əlimizdə konkret adlar və faktlar yoxdur: “Ancaq təxminlərimiz və müəyyən işartılar var”.

Mürtəza

Gununsesi.info