Dövlət Dəniz Administrasiyasında seminar təşkil olunub

  • By admin
  • 16 Sentyabr 2017 11:30

deniz_akadeniyasi_160917_02

Azərbaycan Dövlət Dəniz Akademiyasının professor – müəllim heyəti 12-13 sentyab tarixlərində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərin mənimsənilməsinə dair” keçirilən seminarda iştirak ediblər.

Dəniz Administrasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, seminarın keçirilməsində məqsəd işritakçıları Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərlə tanış etmək olub.

Seminar zamanı Beynəlxalq Dəniz Təşkilatı tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiya, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiya üzrə qəbul edilən dəyişikliklər haqqında iştirakçılara məlumat verilib.

Seminarda iştirak edən“Ruskiy Reqistr” Təsnifat Cəmiyyətinin nümayəndəsi Təhsil və tədris sahəsində İSO 9001 keyfiyyəti idarəetmə sisteminin mahiyyəti, əhatə dairəsi, İSO 9001:2009 və yeni İSO9001:2015 keyfiyyəti idarəetmə sisteminin mübadiləsi haqqında iştirakçıları maraqlandıran suallara ətraflı şəkildə cavab verib.

Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Gununsesi.info