Dövlət Katibinin açıqlaması separatçıları ürəkləndirib

  • By admin
  • 24 Yanvar 2023 10:07

Laçın dəhlizində blokada varmı?
Yoxdur!

12 dekabrdan bura 1000-ə yaxın maşın keçib.
Bu yoldan separatçı rejim, Rusiya “sülhməramlıları”, Ermənistan qanunsuz yüklər, silah-sursat daşıyırdımı? Daşıyırdılar!
Qarabağın sərvətləri talanırdımı?
30 ildir talanır!

Niyə, Azərbaycanın mövqeyini eşidən yoxdur, biz dünyaya çatdıra bilmirik, yoxsa, eşitmək istəmirlər?

Gununsesi.info xəbər verir ki, bu gün ABŞ Dövlət katibinin bu açıqlaması separatçıları daha da ürəkləndirib. Kremldə isə yəqin, Ukraynadakı biabırçılığı bir anlıq unudub yallı gediblər:
“Prezident İlham Əliyevlə danışdım və Laçın dəhlizinin təcili olaraq kommersiya nəqliyyatı üçün açılmasına çağırdım. Dəhlizin bağlı qaldığı hər gün humanitar böhran riskini artırır və Ermənistan və Azərbaycanın sülh istiqamətində atdıqları addımları sarsıdır. ABŞ bu səyləri dəstəkləməyə sadiqdir”.

Elçin
Gununsesi.info