
Türkiyədə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində dövlət qurumlarından ümumilikdə 70 min 784 nəfər işdən çıxarılıb.
Gununsesi.info “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, bu haqda Türkiyə Respublikası Əmək və Sosial Müdafiəsi naziri Mehmet Müezzinoğlu Redaktorlərin ümumi konfransında bəyan edib: “2017-ci ildə 60 min nəfər isə aidiyyatı dövlət qurumlarına işə qəbul olunacaq. Ən çox isə bu sahələrə – Milli Təhsil, Səhiyyə Nazirliyinə, Təhlükəsizlik orqanlarına işə qəbulu olunacaqlar” -deyə, M. Müezzinoğlu sözlərinə əlavə edib.
Anar
Gununsesi.info












