Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın - AYDIN MİRZƏZADƏ ÇAĞIRIŞ ETDİ

  • By admin
  • 27 Avqust 2017 23:07

aydin

“Bu gün Bakı-Quba yolu yaxınlığında N saylı hərbi hissədə silah anbarındakı partlayış bütün Azərbaycanı narahat etdi. Dövlətimizin operativ reaksiyası və görülən tədbirlər nəticəsində problemi tez bir zamanda aradan qaldırmaq mümkün oldu. Ancaq bununla belə, artıq ayrı-ayrı saytlarda və bəzi sosial şəbəkə istifadəçilərinin səhifələrində hadisə ilə bağlı özlərinin topladığı şəkillər verilir, təfsilatlı açıqlamalar verilir. Mən hər kəsi belə özfəaliyyəti təcili dayandırmağa, belə xəbərləri silməyə və rəsmi xəbərlərdən kənar informasiya yaymamağa çağırıram”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“Ehtiyatsız verilən xəbər və ya şəkil düşmən olan Ermənistan üçün qiymətli tapıntıdır, onun sosial şəbəkələrimizi izləyən orqanları kimlərinsə şöhrətpərəstliyindən asanlıqla istfadə edə bilər. Dostlar ! Dövlət üçün məsuliyyətli olun, düşmənə fürsət verib hərbi sirlərimizi yaymayın”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info