Dənizdə batan daha bir nəfər xilas edildi

  • By admin
  • 27 Avqust 2017 23:14

batmaq-2jpg-20-47-59

Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.

Əməliyyat saat 20:15-də başa çatıb.

Gununsesi.info