Meriya bu səbəblərə görə müxalifətin mitinqinə icazə verməyib

  • By admin
  • 17 Aprel 2024 17:48

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədəMilli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Partiyadan vurğulandığına görə, qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

Gununsesi.info