Mübariz Mənsimovun yeni TV layihəsi gəlir

Türkiyədə çalışan azərbaycanlı iş adamı Mübariz Mənsimovun yeni TV layihəsi fəaliyyətə başlayır.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə həmyerlimiz özünün sosial şəbəkə hesabında məlumat yayıb.

 

“Son vaxtlar bəzi mətbuat orqanlarında “EKOL TV”  telekanalın sahibi olan şirkətin səhmlərini aldığım barədə xəbərlər yayılıb.

Radio yayımı sahəsində PAL Radios ilə əldə etdiyimiz təcrübəni bu dəfə televiziya dünyasına çatdırmaq məqsədi ilə uzun müddətdir apardığımız işlərin sonuna yaxınlaşırıq.

İdarə Heyətinin sədri olduğum Palmali Holdinq Səhmdar Cəmiyyətinin tərkibindəki media şirkətimlə “EKOL TV” adlı televiziya kanalının sahibi olan şirkətin rəsmiləri arasında şirkətin əsas səhmlərinin MMC-yə verilməsi ilə bağlı danışıqlar aparılıb.

Palmali Holdinqin tərkibində qurulan media şirkəti son mərhələyə çatıb.

Palmali Holdinq olaraq Türkiyədə televiziya jurnalistikasına və yayım həyatına yeni nəfəs gətirməyi hədəfləyirik və bu məqsədlə “EKOL TV”-ni çox qısa zamanda izləyicilərə təqdim edəcəyik.

Televiziya jurnalistikasına yeni nəfəs gətirəcək “EKOL TV”-nin Türkiyənin xəbər kanalı olması üçün səylərimizi davam etdirdiyimizi və baş verənləri sizlərə də çatdıracağımızı bildirirəm”.

 

 

 

 

 

Gununsesi.info