Millimizin üzvü hakim ədalətsizliyi səbəbindən dünya çempionatı ilə vidalaşdı

  • By admin
  • 27 Avqust 2017 23:21

sotomayor_collazo_250615

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub.

Boks Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, bu, 64 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçımızın 1/8 final mərhələsindəki döyüşünə təsadüf edib.

Belə ki, Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalib.

Qeyd edək ki, Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

Gununsesi.info