Tramp fırıldaqçılıq işi üzrə 175 milyon dollar girov qoyub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp saxtakarlıq qərarına etiraz etmək üçün 175 milyon dollar girov ödəyib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir  ki, Donald Tramp mülki dələduzluq işi çərçivəsində aktivlərinə həbs qoyulmasının qarşısını almaq üçün girov kimi ödəməli olduğu 175 milyon dolları ödəyib.

 

Martın 25-də Nyu-York Apellyasiya Məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa mülki fırıldaqçılıq işi üzrə 175 milyon dollar təminat ödəməsi üçün 10 gün vaxt verib.

 

Bildirilir ki, Tramp pulu depozitə yatırsa, məhkəmə bütün cərimənin yığım müddətini dayandıracaq.  O, apellyasiya şikayəti verərkən onun əmlakına həbs qoyulmasının qarşısı alınacaq.

 

Qeyd edək ki, keçmiş prezidenti Donald Tramp fevralın 16-da daha yaxşı kredit və sığorta şərtlərini təmin etmək üçün öz sərvətini saxtakarlıqla milyardlarla dollar şişirtməkdə günahkar bilinib.

 

 

 

Şəbnəm

Gununsesi.info