Minaya düşən 73 yaşlı kişinin ayağı amputasiya olundu

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 11:27

Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Bu barədə Gununsesi.info -ya TƏBİB-dən bildirilib.

“Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”, – məlumatda deyilir.

Gununsesi.info