Azərbaycan Pakistanı təbrik etdi

  • Müəllif: Firuzə
  • 14 Avqust 2026 11:23

Azərbaycan Müstəqillik Günü münasibətilə qardaş Pakistan xalqını və hökumətini təbrik edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi paylaşım edib.

Təbrikdə Pakistan İslam Respublikasının qardaş xalqına və hökumətinə ən xoş arzular çatdırılıb.

“Pakistan İslam Respublikasının qardaş xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik.

Pakistan, Müstəqillik Günün mübarək!” – deyə təbrikdə qeyd edilib.

Gununsesi.info