Biləsuvarda bıçaqlanma ölümlə nəticələnib

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 21:51
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakinləri arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaq xəsarətləri alan kişi rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Gununsesi.info