Donetsk vilayətinin Avdeyevka şəhəri Rusiya ordusunun nəzarətinə keçib

  • By ilhame
  • 18 Fevral 2024 09:51

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

 

Gununsesi.info xəbər verir ki, Şoyqu Kreml sarayında Prezident Vladimir Putinə Avdeyevka rayonun nəzarətə götürüldüyünü məruzə edib.

O, “Mərkəz” hərbi qruplaşmasının bölmələrinin Donetsk vilayətindəki digər yaşayış məntəqələrini ələ keçirmək üçün hücumlarını davam etdirdiyi bildirilib.

 

Şoyqunun açıqlamasına görə, Ukrayna Silahlı Qüvvələrinin Avdeyevka uğrunda gedən döyüşlərdə son 24 saat ərzində itkiləri 1500-dən çox hərbçi olub.

Gununsesi.info