Drezdendə muzeydən 1 milyard dollarlıq sərvət oğurlanıb

  • By admin
  • 25 Noyabr 2019 22:08

Almaniyanın Drezden şəhərində qarətçilər dünyanın ən böyük dəfinə kolleksiyalarının saxlandığı “Yaşıl külliyat” aldı muzeyə daxil olaraq 1 milyard dollar məbləğində zinət əşyalarını oğurlayıblar.

Gununsesi.org xarici agentliklərə isitnadən xəbər verir ki, Saksoniya əyalətində baş verən hadisədə cinayətkarlar binaya girmək üçün öncə “Güclü Avqust” körpüsünün altındakı transformatoru partladaraq bir neçə muzeyin işıqsız qalmasına nail olublar. Bundan sonra naməlum şəxslər muzeyin künc pəncərəsindən içəriyə giriblər. Həmin vaxt binadakı siqnalizasiya sistemi işə düşməyib.

Qarətçilər təkcə brilyant və digər ləl-cəvahirat əşyalarını oğurlamaqla kifayətləniblər. Muzeydə saxlanılan bahalı vaza və digər iri predmetlər isə toxunulmaz qalıb.

“Bild” qəzetinin məlumatına əsasən, muzeydəki ən qiymətli eksponat sayılan  41 karatlıq “Drezden yaşıl brilyantı” təsadüf nəticəsində, daha doğrusu Nyu-York Metropoliten muzeyində sərgiləndiyi üçün aparılmayıb. Lakin hər halda quldurlar 48 karatlıq sakson brilyantını, habelə dünyada yeganə sayılan və I Pyotrun hədiyyə etdiyi 648 karatlıq sapfir daşını götürə biliblər.

“Yaşıl külliyat” muzeyi Saksoniyanın keçmiş hakimi Güclü Avqustun dəfinəsi sayılır və 1724-cü ildən fəaliyyət göstərir.

Muzeydə qızıl, gümüş, qiymətli daşlardan və fil sümüyündən hazırlanan 3 mindən çox eksponat saxlanılır.

Bunların bir çoxu II Dünya müharibəsindən sonra qənimət olaraq ruslar tərəfindən Moskvaya aparılıb. Lakin Almaniya Demokratik Respublikasının kommunist hakimiyyəti 1958-ci ildə həmin eksponatları geri qaytara bilib.

 

Gununsesi.org