
“Honkonqdakı etirazların kulisarxası sponsoru ABŞ-dır”.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər nazirinin müavini Le Yuyçen deyib. Onun sözlərinə görə, Honkonqdakı aksiyalarda Qərb ölkələrinin də müdaxiləsi az deyil: “Bu əsasən, xarici təsir qüvvələri – ilk növbədə ABŞ və digər Qərb dövlətlərinin müdaxiləsi ilə əlaqədardır. Biz hesab edirik ki, ABŞ bu etiraz dalğalarının pərdəarxası sponsorudur”.
Yuyçen Rusiya prezidenti Vladimir Putinin mövqeyini dəstəkləyərək ABŞ-ın Çin və Rusiyanı böhran vəziyyətinə gətirmə siyasətini böyük səhv adlandırıb.
“Bu cür cəhdlərlə beynəlxalq cəmiyyətin heç bir dəstəyini almayacaqlar. Onlar çox böyük səhv edirlər. Əminik ki, ABŞ-ın bu cür addımları uğursuzluqla nəticələnəcək”, – deyə nazir müavini bildirib.
Gununsesi.org