Gürcüstanın müxalif və bitərəf deputatları parlamenti boykot edib

  • By admin
  • 25 Noyabr 2019 22:26

Gürcüstanın müxalif və bitərəf deputatları parlamentin noyabrın 26-29-da keçiriləcək plenar iclaslarını boykot ediblər.

Gununsesi.org xəbər verir ki, bunu parlamentin sədri Arçil Talakvadze bildirib.

Spikerin sözlərinə görə, həmin deputatlar iclaslarda iştirak etməyəckləri barədə parlamenti məlumatlandırıblar.

Parlamentin toplantılarını boykot edənlər Avropalı Gürcüstan, Vahid Milli Hərəkat, Vətənpərvələr Alyansı partiyalarının deputatları, həmçinin bitərəf deputatlar – Eka Beselia və Nato Çxeidzedir.

 

Gununsesi.org