“Dostluq” kinoteatrı sökülür - EKSKLÜZİV

  • By admin
  • 15 Mart 2017 14:00

drujba

Nəsimi rayonu ərazisində yerləşən  və sovet dönəmindən indiyədək fəaliyyət göstərən “Dostluq” kinoteatrının binası  sökülür. 

Gununsesi.info-nun xəbərinə görə,  “Dostluq” kinoteatrının binasını sökülüb, yerində hündürmərtəbəli yaşayış evləri tikiləcək.  Bununla əlaqədar olaraq, “Dostluq” kinoteatrının binasında fəaliyyət göstərən qurumlara da köçürülməylə  bağlı xəbərdarlıq edilib ki, tezliklə ərazini  boşaltsınlar.

Qeyd edək ki, “Dostluq” kinoteatrının daxilində Xalq artisti Arif Babayevə məxsus  kafe-çayxananın da  təcili boşaldılmasıyla bağlı xəbərdarlıq olunub.

“Bizə dedilər ki, “Drujba”nı təcili  boşaldın”.

Bu haqda isə Gununsesi.info-ya Xalq artisti A. Babayev Nəsimi rayonu ərazisində yerləşən  və sovet dönəmindən indiyədək fəaliyyət göstərən “Dostluq” kinoteatrının binasının  sökülməsiylə bağlı xəbərə münasibət bildirərkən belə deyib.

Gununsesi.info-nun əməkdaşıyla söhbətində A.Babayev faktı təsdiqləyib.

“Məlumat doğrudur. Bu haqda bizə  və “Dostluq” kino-teatrının binasında fəaliyyət göstərən digər təşkilatlara da  xəbərdarlıq olunub. Lakin kino-teatrın hansı məqsədlə boşaldılmasıyla, nəyə görə söküləcəyi ilə bağlı əlavə heç nə bildirməyiblər”- deyə, o, bildirib.

Onu da qeyd edək ki, “Dostluq” kinoteatrının binasında Xalq artisti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bələdiyyə Teatrı və 119 saylı Ağdam  rayon Seçki Dairəsinin  36 saylı Seçki Məntəqəsi fəaliyyət göstərir.

Gülnaz Qənbərli

Gununsesi.info