İstiqlal və istiqbal şairi Məhməd Akif Ərsoyu anım günüdür

  • By admin
  • 15 Mart 2017 14:06

istikbalk

Martın 15-də Bakı Yunus Emre İnstitutu, Türk milli şairi Məhməd Akif Ərsoyun əsərlərini, ədəbi anlayışı ve türk ədəbiyyatına tövhələrini  17.00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “İstiqlal və İstiqbal Şairi Məhməd Akif Ərsoyu Anım Günü” adlı ədəbi-bədii gecəylə yad eiləcək.

Bu haqda Gununsesi.info-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Belə ki,  məlumatda deyilir ki, Məhməd Akifin yaymağa çalışdığı ruh, Anadolunu sıradan bir torpaq parçası olmaqdan çıxarıb onu uğrunda canlar fəda edilə bilən bir vətən halına gətirən ruhdur: “Çanaqqalanı, Sakaryanı, İzmiri, Afyonu, Ardahanı və bütün vətəni ayrılmaz bir vücud kimi bir-birinə bağlayan ruhdur!

Çanaqqala bir keçid dövrünün adıdır Türk tarixində… Milli şairimiz Məhməd Akif Ərsoyun adı da Çanaqqala zəfəriylə bərabər çəkilməkdədir. Bu proqramımızda, Məhməd Akif Ərsoy mövzusunda çıxışların ardından aktyorlar tərəfindən şeirlər və türkülər səslənəcək və kölgə tamaşası ilə proqram davam edəcəkdir”.

 Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, millət vəkilləri Hikmət Babaoğlu və  Musa Qasımlı  da iştirak edəcəklər.

Gülnaz Qənbərli

Gununsesi.info