DSX-nin Tibb Xidmətinin rəisi ehtiyata buraxıldı

  • By admin
  • 26 Noyabr 2021 16:39

Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Kənan Yusifzadə ehtiyata buraxılıb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, bununla bağlı DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Əmrə əsasən, K.Yusifzadə hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə göndərilib.

Hələlik DSX-nin Tibb Xidmətinə yeni rəis təyin edilməyib.

Qeyd edək ki, K.Yusifzadə hazırda Bakıda fəaliyyət göstərən özəl klinikalardan birində ümumi cərrah vəzifəsində çalışır.

Gununsesi.info