Dubayda yalnız qadınlar üçün nəzərdə tutulan təcili tibbi yardım xidməti fəaliyyət göstərəcək

  • By admin
  • 02 İyul 2017 22:37

dubay

Dubayda yaxın zamanda yalnız qadınlar uchun nəzərdə tutulan təcili tibbi yardım xidməti fəaliyyətə başlayacaq.

Gununsesi.info bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Arabian Business” nəşrinin yaydığı xəbərə görə, çəhrayı rəngə boyanmış təcili yardım maşını qadınlara və uşaqlara, həmçının doğuşa hazırlaşan qadınlara təcili tibbi yardım xdməti göstərəcək.

Qeyd olunur ki, bu xidmət yerli vaxtla səhər saat 11-dən axşam saat 11-ə kimi işləyəcək. Qadın həkimlərdən ibarət tibbi briqadaların yeni doğulmuş uşaqlara və hamilə qadınlara yardım etmək üçün xüsusi təlimlər keçdiyi diqqətə çatdırılır.

Gununsesi.info