Kürdə batan polislərdən birinin meyiti tapıldı – YENİLƏNİB-1

  • By admin
  • 02 İyul 2017 22:30

80538f3d7e4f0381b203b4c1d26daf28
Ağstafada Kür çayında boğulan polis əməkdaşlarından birinin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kür çayının Ağstafa rayonu, Saloğlu qəsəbəsindən keçən hissəsində batmış iki nəfərdən biri, 1993-cü il təvəllüdlü Qalib Cəlal oğlu Novruzovun cəsədi saat 20:30-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Digər 1 nəfərin axtarışı davam etdirilir.

***

Ağstafada Kür çayında boğulan polis əməkdaşlarının adları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, həmin polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

***

saat 17.26

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç polis əməkdaşı öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. Hazırda onları meyitləri axtarılır.

Qeyd edək ki, onlar Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarıdır.

Gununsesi.info